Bakıda avtomobil 66 yaşlı qadını vurub

23:01 - 28 Oktyabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtın Xətai rayonunun “Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti