Ağstafada baş verən qəzada 5 nəfər xəsarət alıb

20:31 - 28 Oktyabr 2021 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Hərəkətdə olan " VAZ 21011" markalı minik maşını ilə "BMW" markalı avtomobil toqquşub. Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti