Azərbaycanda xəstəxanada tavan uçub? - AÇIQLAMA

16:31 - 28 Oktyabr 2021 - HADİSƏ

Bəzi kütləvi informasiya vasitələrində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qadınların yerləşdirildiyi palatada tavanın uçması barədə məlumat yayılıb.

Qeyd edilib ki, hadisə nəticəsində xəstələr digər palataya köçürülüblər.

İnstitutdan Oxu.Az-a verilən məlumata görə, tavanın uçduğu və xəsarət alanların olduğuna dair yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, sadəcə yağışla əlaqədar palatanın tavanında su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.

Xəbər xətti