Bakıda sürücünü hədələyib 100 manatını aldılar

15:11 - 28 Oktyabr 2021 - HADİSƏ

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Ağayev oktyabrın 27-də saat 2 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində “Nissan” markalı avtomobilinə oturan şəxsin onu bıçaqla hədələyib 100 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini A.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti