Bakıda sərnişin avtobusu polis şöbəsinə ÇIRPILDI

13:30 - 28 Oktyabr 2021 - HADİSƏ

Bakıda avtobus polis şöbəsi binasının hasarına çırpılıb.

Bu barədə Ucnoqta.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:

“Paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olan 189 nömrəli sərnişin avtobusu Sabunçu rayon yol polisi şöbəsinin hasarına çırpılıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Araşdırma aparılır”.

Xəbər xətti