Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

11:56 - 28 Oktyabr 2021 - HADİSƏ

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayon sakini Valeh Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən piyada Narıngül Səbzəliyevanı vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///apa

Xəbər xətti