8,8 milyon dollar daşıyan helikopter qəzaya uğradı - VİDEO

21:55 - 27 Oktyabr 2021 - HADİSƏ

Liviyada bir neçə milyon dollar ekvivalentində pul daşıyan Mi-17 helikopteri eniş edən zaman qəzaya uğrayıb.

Bu barədə "Haberler" məlumat yayıb. Bildirilib ki, hadisə zamanı iki ekipaj üzvü yaralanıb.

“Liviyada nağd pul daşıyan vertolyot Tərhuna şəhərində (Tripolidən 65 km məsafədə yerləşir) stadiona enərkən qəzaya uğrayıb.

Mi-17 helikopteri Liviya Hərbi Hava Qüvvələrinə məxsusdur və göyərtəsində 40 milyon dinar (təxminən 8,8 milyon dollar) olub", - məlumatda deyilir.

Liviya hökuməti pul köçürməsini təsdiqləyib və vurğulayıb ki, helikopter qəzası çətin hava şəraiti ilə əlaqədar olub.

Helikopterin qəzaya uğradığı yerdən görüntülər də dərc olunub. Lakin pulun taleyi ilə bağlı məlumat verilməyib.

Xəbər xətti