Bərdədə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

20:35 - 27 Oktyabr 2021 - HADİSƏ

Bərdə rayonunda iki minik maşını toqquşub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Əmirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 02-BX-738 dövlət nömrə nişanlı “VAZ-21012” markalı minik maşını, 02-BT-507 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü, Ağdam rayon sakini Kərəm Əbduləzimov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.


Xəbər xətti