Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə iki avtomobil toqquşub, <font color=red><b>xəsarət alan var - FOTO</b></font>

20:35 - 27 Oktyabr 2021 tarixində dərc olunub.

Bərdə rayonunda iki minik maşını toqquşub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Əmirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 02-BX-738 dövlət nömrə nişanlı “VAZ-21012” markalı minik maşını, 02-BT-507 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü, Ağdam rayon sakini Kərəm Əbduləzimov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: