Bakıda ölüm təhlükəsi saçan sərnişin avtobusu nəzarətə götürüldü - RƏSMİ + VİDEO

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonu ərazisində 163 nömrəli sərnişin avtobusunun insanların həyatını təhlükəyə atmasını əks etdirən görüntülərlə bağlı açıqlama verib. 

BNA-nın mətbuat katibi Mais Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təqdim edilən video görüntülər qurum tərəfindən nəzarətə götürülüb:

“163 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı Nürəddin Alıyev məsələ ilə bağlı izah verməsi üçün Agentliyə çağırılıb. 163 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti heç də ürəkaçan deyil. Bu barədə dəfələrlə daşıyıcı Nürəddin Alıyevə xəbərdarlıq edilib. Lakin görünən odur ki, müsbətə doğru dəyişiklik yoxdur.

Bu hal bir daha bəzi daşıyıcıların işini sərnişindaşıma tələblərinə uyğun qurmadığını, vətəndaşların rahatlığından daha çox maddi maraqlarını üstün tutmasını göstərir. Bu isə qəbuledilməzdir. Belə davam edəcəyi təqdirdə daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə yenidən baxılacaq və marşrut xətti müsabiqəyə çıxarılacaq”.

“Konkret görüntülərə gəlincə bildirim ki, sərnişin avtobusunun bu formada idarə olunması həm yol hərəkəti həm də sərnişindaşıma qaydalarına ziddir.

Doğrudur, avtobusun qapısı açıq formada idarə olunması kimi inzibati xətalara nəzarət və müvafiq tədbirlərin görülməsi birbaşa bizim səlahiyyətə aid olmasa da Agentlik öz səlahiyyətləri çərçivəsində bu kimi hallara qarşı müəyyən tədbirlər görür”, - deyə M.Ağayev qeyd edib.

​Qeyd edək ki, Baku.ws-in məluamtına görə, səhər və axşam 163 nömrəli avtobusun sürücüləri yol-hərəkəti qaydalarına əməl etmir, avtomobili qapıları açıq şəkildə idarə edirlər. 

 

Tarix
27 Oktyabr 2021 [19:16]
Müəllif
Üç nöqtə
2021-10-27 19:16:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin