Goranboyda içkili vəziyyətdə olan motosikletçi qəza törədib.
Hadisə Qızılhacılı qəsəbəsi yaxınlığından keçən avtomobil yolunda baş verib.
“VAZ 2106” markalı maşın motosikletlə toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini olan motosikletçi Baxşəliyev Xəyal Namiq oğlu xəstəxanaya çatdırılıb.
İlkin müayinə zamanı onun həddən artıq içkili vəziyyətdə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.