DİN Qazaxın axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara cavab verib

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunun axundu olan İlham Süleymanovun rayon məscidində azyaşlı qıza təcavüz etməsi və etdiyi cinayətin Qazax Rayon Polis Şöbəsində araşdırılmadan xitam verilməsi barədə iddialar əsassızdır və böhtan xarakterlidir".

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

"Məlumat üçün qeyd edim ki, 2016-cı ildə Qazax Rayon Polis Şöbəsinə rayonun sakini T.İsmayılovanın İlham Süleymanov tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib", - E.Qasımov bildirib.

Tarix
26 Oktyabr 2021 [18:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-26 18:20:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin