Metroda cibgirlik edən şəxs saxlanılıb

12:50 - 26 Oktyabr 2021 - HADİSƏ

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti