Lənkəranda iynə vurulan 8 yaşlı uşaq ölüb

23:41 - 25 Oktyabr 2021 - HADİSƏ

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti