Sabirabadda qohumunu güllələyən şəxsin məhkəməsi başlayır

17:33 - 25 Oktyabr 2021 - HADİSƏ

Sabirabad rayonunda qohumunu güllələyən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumatda bildirilib ki, xəbər verildiyi kimi, 21.06.2021-ci il tarixdə Sabirabad rayonu ərazisində Mirqiyas Mirmövsümovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər xətti