Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

13:38 - 25 Oktyabr 2021 - HADİSƏ

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 23-də saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində İsmayıllı rayon sakini S.Əzimov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən həmyerlisi Vadim Salehovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti