Yaşadıqları ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb - Foto

13:03 - 25 Oktyabr 2021 - HADİSƏ

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Zərdab rayon sakinləri Xankişi İsmayılov və Akif Bədəlovun koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, onlar karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onların olduğu yerlər polis əməkdaşları tərəfindən müəyyən edilib, tibbi prosedurlar gözlənilməklə müalicə aldıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı Zərdab RPŞ-də cinayəti işi başlanılıb, araşdırmalar aparılır.


Xəbər xətti