Bakıda 5 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum qadın saxlanılıb

12:58 - 25 Oktyabr 2021 - HADİSƏ

Azərbaycanda dələduzluq edən keçmiş məhkum saxlanılıb.

 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, DİN əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79 000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti