“Milyonluq saray”ın sahibi onunla duet oxudu - VİDEO

10:31 - 25 Oktyabr 2021 - MAQAZİN

Müğənni Turan Səfərli “Milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali ilə duet ifa edib. 

Duet ortaqları dahi opera ifaçısı Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısına müraciət edib.

Sözügedən mahnıya yeni nəfəs verən ifaçılar ona klip də çəkdiriblər.

Qeyd edək ki, 61 yaşlı B. Dali Azərbaycanda “Milyonluq saray”ın sahibi kimi tanınır. O, Rusiya vətəndaşıdır, illər öncə təqaüdə çıxaraq özünə məşhur villanı tikdirib. Vaxtilə hərbi mühəndis kimi çalışıb, bir çox xarici ölkələrdə olub. O, malikanəsində 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplayıb.

T. Səfərli isə Asəf Zeynallı adına Musiqi Kolleci və Bakı Musiqi Akademiyasını bitirib. Onun müəllimləri dosent Jalə Cəfərova, Xalq artisti Natəvan Şeyxova olub. Səfərli, həmçinin İtaliyada ustad dərsləri alıb.///oxu.az

 

Xəbər xətti