Bakıda qonşuların davası bıçaqlanma ilə nəticələndi

08:20 - 25 Oktyabr 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb. APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Xəbər xətti