Ağstafada 16 yaşlı gənc bıçaqlanıb

21:37 - 24 Oktyabr 2021 - HADİSƏ

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir. Qeyd edək ki, o da gəncdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti