Aktrisa Pərvin Abıyeva ilk məhəbbətindən danışıb.
“Özəl” verilişində qonaq olan sənətçi erkən yaşlarında aşiq olduğunu etiraf edib:
"Mənə görə ilk məhəbbətim ondan tez də ola bilər. 4-cü sinifdə oxuyanda uzaqdan-uzağa Asim adlı həmyaşıdımı sevirdim. Üzbəüz binalarda qalırdıq. Eyvanda həmişə biri-birimizi görəndə utanırdıq və gizlənirdik. Hətta gecələr yuxularıma da girirdi".
///Axşam.az