Rusiyada sərnişin avtobusu ilə “KamAZ” toqquşub, 6 nəfər ölüb

09:39 - 24 Oktyabr 2021 - HADİSƏ

Rusiyanın Kalmıkiya vilayətində ağır yol qəzası baş verib.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Mahaçqala-Sankt-Peterburq marşrutu üzrə hərəkət edən “Neoplan” sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində beş nəfər və bir uşaq ölüb. Daha səkkiz nəfər isə yaralanıb. Məlumata görə, avtobusda 28 sərnişin olub.

Xəbər xətti