Salyanda yol qəzası olub, ölən var

20:52 - 23 Oktyabr 2021 - HADİSƏ

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsiı baş verib.

Hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti