Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: Yüzlərlə əsgər... - VİDEO

00:36 - 23 Oktyabr 2021 - Xəbər

Qarabağda minaların təmizlənməsi prosesində Azərbaycan ordusuna dəstək verən türk hərbçilər “TRThaber” tərəfindən görüntülənib.

Türkiyə televiziyası türk hərbçilərin faəliyyətini lentə alıb.
Xəbərdə qeyd olunur ki, Türkiyədən gələn mina axtaranlar vətəndaşları işğaldan azad olunmuş torpaqlarfa daha tez qayıtması üçün dayanmadan işləyir. Bölgədə bir neçə qrupun işlədiyi və hər qrupda 130 türk hərbçinin yer aldığı diqqətə çatdırılır.

Məlumata görə, türk hərbçilər mina təmizləməklə yanaşı, azərbaycanlı hərbçilərə təlimlər də keçirlər.

Xəbər xətti