Bakıda idmançının zalda ölüm səbəbi açıqlandı - FOTO

19:50 - 22 Oktyabr 2021 - HADİSƏ

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Zalın sahibi Ceyhun Vəliyev bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".


***

Bakıda fitnes məşqçisi vəfat edib. 

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.

 


Xəbər xətti