Azərbaycanın vaksin pasportları bu ölkədə də tanınacaq

16:30 - 22 Oktyabr 2021 - Xəbər

Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.

Ucnoqta.az xəbər verir ki, bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.

Xəbər xətti