Alban məbədlərinə ayaq açan ermənilər alban xaçlarını özününkünləşdirdilər...

11:46 - 22 Oktyabr 2021 - Cəmiyyət

(davam)
Qonşuluqda möhtəşəm Alban xaçları mövcud idi. Başqalarına məxsus yaxşı nə varsa sahib çıxan və özününküləşdirən ermənilər buna biganə qala bilməzdilər. Qalmadılar da.


VIII əsrdən başlayaraq “oğurluq” artıq sistemli hal almağa başladı. Həmin dövrdə həm Ermənistan, həm də Qafqaz Albaniyası ərəb xilafətinin tərkibinə qatılmışdı. Xəlifələr islamın yayılmasına şərait yaratmaq üçün mümkün qədər kilsələrin hüquqlarını azaltmağa çalışırdılar. Bu dövrdə Qafqaz albanlarının böyük bir qismi islamı qəbul etmişdi. Ermənilər isə hər cür çətinliklərə rəğmən öz dinlərini qoruyub saxladılar. Alban Apostol Kilsəsi davamçılarını itirdiyindən getdikcə zəifləməyə başladı. Əksinə, ermənilər Erməni Qriqoryan Kilsəsi ətrafında birləşərək öz milli varlıqlarını və mədəniyyətlərini qoruya bildilər.

Yaranmış imkandan bəhrələnmək üçün erməni katolikosları ən alçaq hərəkətlərə əl atır, xəbərçilik edir, ərəb xəlifələrini Alban kilsəsinə qarşı qaldırırdılar. Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də xilafətin hərbi qüvvələrinin köməyinə əl atdılar.

Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər (ərəb sülaləsi) isə ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, Alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar.

Belə ki, 705-ci ildə erməni katolikosu İlya xəlifə Əbd əl-Malikə (685-705) yalandan xəbər çatdırdı ki, albanlar Bizansla əlaqəyə girərək Xilafətə qarşı çıxmaq istəyirlər, elə buna görə də diofozot məzhəbinə etiqad eləyirlər. Vaxtilə Ziya Bünyadovun məqalələrindən birində rast gəldiyim həmin məktubda bildirilir: “Hökmdar Əbdül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan.

Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav (Bərdə) taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar”.

Yəni ermənilər sizə sadiqdir, sizə qulluq edir, Alban kilsəsi isə düşmən tərəfindədir.
Bizans imperiyası ilə düşmən münasibətdə olan və bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verdi: “Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir. Nersesi (Alban katolikosu) və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar”.

Bundan sonra xəlifə Əbd əl-Malik ərəblərin hərbi-siyasi gücünə arxalanaraq, Alban katolikosluğunu İliyaya tabe etdirdi. Erməni Qriqoryan Kilsəsinə tabe edilmiş Alban Apostol Kilsəsində erməni dili və əlifbasından başqa dil və əlifbaların istifadəsi qadağan edildi. Beləliklə, tədricən alban dili və alban əlifbası yavaş-yavaş sıradan çıxarıldı. Erməni kilsə rəhbərlərinin verdiyi qərara əsasən albandilli ədəbiyyat (bura həm dini, həm tarixi, həm də bədii ədəbiyyat daxildir) nümunələri toplanılaraq qədim erməni dilinə tərcümə edildi və orijinalları yandırıldı.

Bu barədə Alban tarixçisi Moisey Kalankatlı yazırdı: “Böyük erməni patriarxı Albaniyanın paytaxtı Patravaya gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmədilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər, sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi. Nerses dözə bilmədi və 8 gün heç bir şey yemedı və öldü. O vəsiyyət etdi ki, onu ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki, hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə o,(Şeroy), Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses provoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı.(688-704). Bütün bunlardan sonra dini yığıncaq həlim adam olan Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi...

O, özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin ibrət dolu bütün kitablarını sandıqlara doldurub Trtu (Tərtər) çayına atsınlar.”(190)…

Bu asılılıq ona gətirib çıxardı ki, eyni hüquq və mənsəbə malik olan din xadimlərindən biri digərinə tabe oldu. Bu isə ümumi iyerarxik qanunların pozulması demək idi. Ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanlar isə tədricən qriqorianlaşmağa, erməniləşməyə başladılar.

Məhz bu dövrdən etibarən ermənilər Qafqaz Albaniyası ərazisinə və alban məbədlərinə ayaq açdılar, alban xaçlarının zənginliklərini mənimsəməyə başladılar.
Qeyd edim ki, Alban dövrü xaç rəmzləri öz orijinallığı və bədii tərtibatı ilə seçilir və digər xaçlardan fərqlənirdilər. Xüsusilə də erməni xaçından. Klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri, xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmirlər. Bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.

Beləliklə, erməni xaçkarların yeni inkişaf dövrü (orta dövrü) başladı. Hətta o qədər həyasızlaşdılar ki, əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışdılar. Erkən dövr xaçkarlara Alban xaç daşları qatmaqla onların tarixini daha qədim olduğunu həyasızlığını ortaya qoydular. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A.Van yazdığını bir daha xatırlatmaq istəyirəm:
"Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A.Van – Geaner the rites of passage)

(davamı var)

Xəbər xətti