Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb

21:33 - 21 Oktyabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

FHN-dən bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 m² sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəbər xətti