"Xaçmazda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırma aparılır" - Baş Prokurorluq

17:40 - 21 Oktyabr 2021 - HADİSƏ

Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti