Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə öldü

15:20 - 21 Oktyabr 2021 - HADİSƏ

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti