Bərdədə 30 yaşlı hamilə qadın xəstəxanada öldü

12:55 - 21 Oktyabr 2021 - HADİSƏ

Bərdədə hamilə ölümü baş verib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

***

Bərdədə ana ölümü baş verib.

Ana ölümü Bərdə Doğum evində bu gün səhər saatlarında qeydə alınıb.
Doğuşla bağlı Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı örada ölüb.

Hələlik ölümün dəqiq səbəbi məlum deyil.///apa

Xəbər xətti