Şirvan sakini "patı" ilə yaxalandı

18:35 - 20 Oktyabr 2021 - Xəbər

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Emin

Xəbər xətti