“Qarabağ” ordenli şəhidin anım günüdür

15:03 - 20 Oktyabr 2021 - Cəmiyyət

Bu gün “Qarabağ” ordenli şəhid gizir Əmənov Məhəmmədin vəfatından bir il ötür. O, döyüş meydanında göstərdiyi şücaətə görə "Qarabağ" ordeni ilə təltif olunub.

Ucnoqta.az xəbər verir ki, Məhəmməd İltizam oğlu Əmənov Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.
Gizir Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb.

Tank komandiri olan cəsur döyüşçü ilk döyüşə Goranboy istiqamətində başlayıb. Sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 19-da danışan Məhəmməd növbəti gün Ağdərə istiqamətində gedən ağır döyüşdə şəhid olub.

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Emin


Xəbər xətti