Sabirabadda ev əşyaları ilə birlikdə yanıb kül oldu

00:35 - 20 Oktyabr 2021 - HADİSƏ

Sabirabad rayonunun Sarxanbəyli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti