Bakıda ağır yol qəzası – Motosiklet sürücüsü öldü 

23:48 - 19 Oktyabr 2021 - HADİSƏ

Axşam saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Toyota Prius” markalı avtomobil motosikletlə toqquşub. 

Motosikletin sürücüsü hadisə yerində ölüb.

Qəza nəticəsində yolda uzun tıxac yaranıb.///Bizim.Media

Xəbər xətti