25 yaşlı qadın özünü DOĞRADI

20:46 - 19 Oktyabr 2021 - HADİSƏ

Gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd edib.

Hadisə Mingəçevir şəhərinin Günəşli yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatlardan birində  baş verib. Belə ki, 1996-cı il təvəllüdlü şəhər sakini Şükürova Şalə Nüfər qızı  kəsici vasitə ilə əl-qolunu doğrayaraq özünə qəsd edib.  Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.///Unikal.org

Xəbər xətti