Məktəblər bağlanır? Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

Hələlik belə bir qərar yoxdur.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.

Tarix
19 Oktyabr 2021 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-19 11:21:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin