Azərbaycanın yol polisi Gorusda erməni sürücünü cərimələdi

22:45 - 18 Oktyabr 2021 - Xəbər

Erməni mediası Gorus-Qafan magistralında insidentin baş verdiyi barədə xəbər yayıb. Bildirilir ki, Azərbaycanın yol polisi erməni sürücüdən inzibati xətaya əsaslanaraq, cərimə yazıb.

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn olaraq ödəyə bilərlər”, xəbərdə deyilir. Əlavə olunur ki, Ermənistan vətəndaşları cəriməni ödəmədiyi halda, avtomobili magistralda saxlanılacaq və cərimə meydançasına aparılacaq.

Maraqlıdır ki, erməni tərəf sürücüyə cərimənin hansı qayda pozuntusuna görə yazıldığını açıqlamayıb. Azərbaycanın rəsmi qurumları isə hələlik bu məlumatla əlaqədar hər hansı açıqlama verməyib.

Xəbər xətti