Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

15:48 - 18 Oktyabr 2021 - HADİSƏ

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti