Balakəndə karantini pozan toy sahibi cərimələnib

13:49 - 18 Oktyabr 2021 - ÖLKƏ İÇİ

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayonun Qazma kəndində Sahib Məmmədova məxsus evin həyətyanı sahəsində təşkil edilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Sahib Məmmədov inzibati məsuliyyətə cəlb edilib və 400 manat cərimələnib.

Xəbər xətti