Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bəxtiyar Əliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərətkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən rayon sakini Əfqan İslamovu vurub. Ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.
Piyada hadisə yerində ölüb. Məlumata görə, qəza nəticəsində ölən piyada ruhi xəstə olub.
"KamAZ"-ın sürücüsü B.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.///report