Lənkəranda yol-nəqliyyat hadisəsində ölən gəncin şəxsiyyəti məlum olub

23:06 - 14 Oktyabr 2021 - HADİSƏ

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib.

Bakı şəhər sakininin idarə etdiyi “Ford” markalı 99 LJ 419 dövlət qeydiyyat yük avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Əsədullayev Ziyad Eldəniz oglunu vurub. Yaralı hadisə yerində ölüb.

İlkin məlumata görə, avtomobilin vurduğu şəxs Lerik rayon sakinidir, restoranların birində ofisiant işlədiyi üçün Lənkəranda kirayədə qalırmış. Hadisə onun iş yerinin yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti