Şirvanda avtomobil sərxoş piyadanı vurub

22:20 - 14 Oktyabr 2021 - HADİSƏ

Şirvan şəhərində avtomobil sərxoş piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.

"Opel" markalı 99-MZ-076 dövlət nömrə nişanlı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti