Norveçdə beş nəfərin oxla qətlə yetirilməsinin TƏFƏRRÜATLARI - FOTO

20:33 - 14 Oktyabr 2021 - HADİSƏ

Norveç polisi Kunqsberq şəhərində oxla beş nəfəri öldürülməsi ilə bağlı təfərrüatları açıqlayıb.

Məlumata görə, şübhəli Danimarka vətəndaşıdır, lakin Kunqsberqdə yaşayır.

“Kunqsberqin mərkəzində beş adam öldürən və iki nəfəri yaralayan 37 yaşlı kişi saxlanılıb, ona qarşı ittiham irəli sürülüb”, - deyə hüquq-mühafizə orqanlarından əlavə edilib.

Xatırladaq ki, dünən naməlum şəxs şəhərin müxtəlif yerlərində oxla hücum həyata keçirib. Tək başına hərəkət edən cinayətkar beş nəfəri öldürüb, iki mülki geyimli polisi də yaralayıb.

Cinayətkarın hərəkətlərində terror hücumu versiyası istisna edilməyib.///oxu.az


Xəbər xətti