Metroda aktiv koronavirus xəstəsi saxlanılıb - FOTO

19:48 - 14 Oktyabr 2021 - HADİSƏ

Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: "Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir".///report

 


Xəbər xətti