Şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxslə bağlı araşdırma başladı - FOTO

Sosial şəbəkələrdə bir nəfərin spirtli içki qəbul etdikdən sonra şəhidləri təhqir etməsi və daha sonra bir qrup şəxsin Şəhidlər xiyabanında onu diz çökdürərək üzr istətməsinin görüntüləri yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix
14 Oktyabr 2021 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-14 11:32:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin