Bakıda daha bir küçənin təmirinə başlanılıb

Bu ilin İnvestisiya Proqramına uyğun olaraq Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin agentlik tərəfindən əsaslı təmiri işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə,hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Uzunluğu 1.8 km təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başladılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.

Məlumata görə, hazırda küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır.

Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.

Qeyd edək ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Tarix
14 Oktyabr 2021 [11:35]
Müəllif
Üç nöqtə
2021-10-14 11:35:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin