Avstraliyanın hərbi helikopteri dənizə düşüb

Avstraliya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin Filippin dənizində qəzaya uğraması nəticəsində 3 hərbçi yaralanıb.

Trend-in məlumatına görə, "MH-60R Seahawk" helikopteri planlaşdırılan kəşfiyyat missiyasını yerinə yetirib, lakin suya qəza enişi etmək məcburiyyətində qalıb.

Helikopterdə olan üç hərbçi qəza zamanı maşını tərk edə biliblər və yüngül xəsarət alıblar.

Yaxınlıqdan keçən hərbi gəmi suda olan hərbçiləri göyərtəsinə götürə bilib. Qəza ilə əlaqədar istintaq başladılıb.

Tarix
14 Oktyabr 2021 [09:16]
Müəllif
Üç nöqtə
2021-10-14 09:16:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin