Bakıda daha iki sinif distant təhsilə keçdi

18:48 - 13 Oktyabr 2021 - Cəmiyyət

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.

"Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.

 

Xəbər xətti